AZ

Zəngəzurda Rusiya sərhədçilərinin olması... - Moskva

Rusiya Ermənistanla Azərbaycan arasında “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” adlandırılacaq nəqliyyat dəhlizi layihəsinin detallarını öyrənəcək.

News24.az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Aleksey Fadeyev deyib.

“Cənubi Qafqazda qeyri-regional qüvvələrin bu işə cəlb edilməsi sülh gündəmini irəli aparmalı, yeni problemlər və yeni bölücü xətlər yaratmamalıdır. Eləcə də Ermənistanın Aİİ-yə üzvlüyü və Sünik (Zəngəzur) bölgəsində Rusiya sərhədçilərinin olması kimi amilləri nəzərə almaq lazımdır. Bölgədə nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması ilə bağlı qərarlar hazırlanarkən bunlar nəzərə alınmalıdır”, - Fadeyev bildirib.


Seçilən
41
4
news24.az

5Mənbələr