Rusiya Daxili İşlər Nazirliyinin Voronej vilayəti üzrə Baş İdarəsi ilk dəfə olaraq erməniəsilli şəxsi vətəndaşlıqdan məhrum edib.
Oxu.Az-ın RG.ru-ya istinadən xəbərinə görə, bu barədə nazirlikdən məlumat verilib.
Məlumata görə, o, vətəndaşlığı 2007-ci ildə Rusiya qanunvericiliyinə vicdanla əməl edəcəyinə söz verərək alıb. Lakin Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) məlumatına görə, həmin şəxs vəzifəsindən istifadə edərək əcnəbilərə regionda qeyri-qanuni qalmağa kömək edib. Bu da milli təhlükəsizliyə təhdid yaradıb.
Polisin qərarı ilə və federal qanun əsasında onun Rusiya vətəndaşlığına xitam verilib, pasportu müsadirə edilib və etibarsız sayılıb.
"Cebheinfo.az"