AZ

Vuçiç prezidentlik karyerasını nə zaman başa vuracağını açıqlayıb

Serbiya Prezidenti Aleksandr Vuçiç növbəti prezident seçkilərində namizədliyini irəli sürməyi planlaşdırmadığını bildirib.

“Report” xəbər verir ki, bu barədə Serbiya KİV-i məlumat yayıb.

Vuçiçin sözlərinə görə, o, prezidentlik karyerasını il yarımdan sonra başa vuracaq.

"Mən siyasi veteranam, artıq namizədliyimi irəli sürə bilmərəm və konstitusiyanı dəyişdirmək niyyətində deyiləm", - o bildirib.

Bundan əlavə, o, respublikada növbədənkənar parlament seçkilərinin keçirilməsini mümkün hesab edib.

Seçilən
28
6
qaziler.az

7Mənbələr