AZ

Türkiyə ilə Suriya arasında saziş imzalandı

  Suriya və Türkiyə müdafiə nazirlikləri müdafiə sahəsində yeni əməkdaşlıq sazişi imzalayıblar.

Bu barədə SANA agentliyi məlumat yayıb.

Saziş Suriya ordusunun döyüş qabiliyyətini və peşəkarlığını gücləndirməyə yönəlmiş geniş spektrli istiqamətləri əhatə edir. Xüsusilə, ixtisaslaşdırılmış kurslarda və təlim proqramlarında iştirak etmək üçün hərbi heyətin müntəzəm mübadiləsi nəzərdə tutulur ki, bu da iki ölkənin silahlı qüvvələri arasında hazırlıq səviyyəsini artırmağa və koordinasiyanı yaxşılaşdırmağa imkan verəcək.

Bundan əlavə, saziş texniki yardımın göstərilməsini nəzərdə tutur: Türkiyə Suriya ordusunun komanda strukturlarının, silahlanmasının və təşkilati sistemlərinin modernləşdirilməsinə kömək etmək üçün ixtisaslaşmış ekspertlər göndərəcək ki, bu da Suriyanın hərbi sektorunun islahatında mühüm addım olacaq./Globalinfo.az  

Seçilən
82
16
referans.az

10Mənbələr