AZ

İsveçrə parlamentinin komitəsi ermənipərəst deputatların Azərbaycan əleyhinə qətnamə layihəsini rədd edib

Cenevrə kantonunun Parlamentinin bir sıra ermənipərəst üzvləri tərəfindən 2024-cü il noyabrın 5-də irəli sürülmüş "Dağlıq-Qarabağın ilhaqı və Azərbaycanın siyasi məhbuslarının azadlığa buraxılması” adlı 24.321 saylı qətnamə layihəsi Azərbaycanın İsveçrədəki Səfirliyi tərəfindən aparılmış iş nəticəsində 2025-ci il avqustun 11-də İsveçrə Parlamentinin yuxarı palatası olan Kantonlar Şurasının Xarici Əlaqələr Komitəsi tərəfindən rədd edilib.

Səfirlikdən Aktual.az -a verilən məlumata görə, sözügedən Komitənin vitse-prezidenti, Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən Karlo Sommaruga tərəfindən irəli sürülmüş və yalnız "məhbuslara” və "erməni mədəni irsinin mühafizəsinə” istinad edən yeni qərar layihəsi də 5 əleyhinə, 4 lehinə, 3 bitərəf olmaqla həmçinin gündəlikdən çıxarılıb.

Qeyd edək ki, İsveçrə Parlamentinin yuxarı palatasının Xarici Əlaqələr Komitəsinin mətbuat məlumatında Cenevrə kantonal parlamentinin məlum təxribat xatakterli təşəbbüsünün birtərəfli və yalnız Azərbaycan tərəfinə tələblər sürdüyü bildirilib və belə yanaşmaya etiraz ifadə olunub.

İsveçrə Parlamentinin sözügedən qərarı bir daha radikal erməni qrupları tərəfindən dəstəklənən parlamentarilərin uğursuzluğunu nümayiş etdirib.

Seçilən
67
26
ulusum.az

10Mənbələr