AZ

Şuşada V Türk Dünyası Ortopedik və Travmatoloji Konqres keçiriləcək

ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Səhiyyə Nazirliyi və Türkiyə Sümük-Oynaq Cərrahiyyəsi Cəmiyyətinin birgə təşkilatçılığı ilə Şuşa şəhərində V Türk Dünyası Ortopedik və Travmatoloji Konqres keçiriləcək.

Bu barədə Bakıvaxtı.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, beynəlxalq tədbirdə Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, Özbəkistan, İtaliya, Qazaxıstan, Qırğızıstan, Yunanıstan, Bosniya və Herseqovinadan gələn tanınmış mütəxəssislər iştirak edəcəklər.

Konqresin əsas məqsədi ortopediya və travmatologiya sahəsində diaqnostika üzrə təcrübə mübadiləsi aparmaq, cərrahi müdaxilənin optimal üsullarını müəyyənləşdirmək, həmçinin aktual mövzuların elmi sessiyalarda müzakirəsini təşkil etməkdir.

Xatırladaq ki, Türk Dünyası Ortopedik və Travmatoloji Konqresinin birincisi 2018-ci ildə Bakıda keçirilib. Sonrakı illərdə konqres Qazaxıstan, Bosniya və Herseqovina və Qırğızıstanda təşkil olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
10
bakivaxti.az

10Mənbələr