Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Almaniyada 2025-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib. Bu barədə “Kicker” məlumat yayıb."Football-plus.az" xəbər verir ki, ilin ən yaxşı oyunçusu adına bu yay “Bayer-04”dən “Liverpul”a keçən hücumameyilli yarımmüdafiəçi Florian Virts layiq görülüb. O, sorğunun nəticələrinə görə 191 səs toplayıb. İkinci yeri 81 səslə “Bavariya”nın yarımmüdafiəçisi Mihael Olise tutub. İlk “3-lüy”ə 71 səs toplayan “Ştutqart”ın hücumçusu Nik Voltemad da düşüb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.