Ötən il Azərbaycanda istehsalatda bədbəxt hadisələr zamanı ölən və əmək qabiliyyətini itirən şəxslərin sayı 747 nəfər təşkil edib.
"Report" xəbər verir ki, bu barədə məlumat “Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti” statistik məcmuəsində qeyd edilib.
Bu, 2023-cü illə müqayisədə 293 nəfər çoxdur.