AZ

İŞİD muzdlu əsgərlərin cəlb edilməsini GÜCLƏNDİRDİ

İŞİD Deyr əz-Zorda təhlükəsizlik boşluğundan istifadə edərək muzdlu döyüşçülərin cəlbini gücləndirib.

İnterpress.az xəbər verir ki, bu barədə Kürd xəbər agentliyi ANHA məlumat yayəb.

Suriya şərqində yerləşən Deyr əz-Zor vilayətinin daxili təhlükəsizlik qüvvələri İŞİD hüceyrələrinin fəallığının artdığını bildirir.

Onlar bölgədəki qeyri-sabit vəziyyətdən yararlanaraq yeni muzdlu döyüşçülərin cəlbinə və təhlükəsizlik qüvvələrinə hücumlara başlayıblar.

Son 8 ayda vilayətdə “Suriya Demokratik Qüvvələri”nə (SDF) və hərbi nəzarət-buraxılış məntəqələrinə hücumların sayı artıb.

Daxili təhlükəsizlik qüvvələrinin nümayəndəsinin sözlərinə görə, İŞİD-in strukturunda iki əsas qrup fəaliyyət göstərir: biri təşkilatın bərpası üzərində işləyir, digəri isə vaxtaşırı bölgədə destabilizasiya və döyüşçü toplama ilə məşğuldur.

Xuraman Etibarlı

İnterpress.az 

Seçilən
30
interpress.az

1Mənbələr