Qazaxıstan Azərbaycan, Özbəkistan, Tacikistan və İrana taxıl ixracını artırıb.
“Report”un Qazaxıstan bürosunun məlumatına görə, bu barədə bu gün keçirilən brifinqdə ölkənin Baş nazirinin müavini, milli iqtisadiyyat naziri Serik Jumanqarin bildirib.
"2024-cü ilin sentyabrından 2025-ci il avqustun 10-dək olan dövrdə ən çox artım Özbəkistana (+34 %, 3,7 milyon tona qədər), Tacikistana (+47 %, 1,395 milyon tona qədər), Əfqanıstana (+52 %, 329 min tona qədər) və Qırğızıstana (2,1 dəfə, 262 min tona qədər) tədarüklərdə qeydə alınıb. İrana ixrac 16 dəfə (974 min tona qədər), Azərbaycana ixrac isə 121 dəfə (728 min tona qədər) artıb", - o qeyd edib.
Ümumilikdə, "Kazakstan temir jolı" SC-nin məlumatına görə, hesabat dövründə taxıl və un ixracının həcmi taxıl ekvivalentində 12,6 milyon ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən (9,5 milyon ton) 33 % çoxdur.