AZ

Kurtulmuş: Minsk qrupunun işinə son qoyuldu

TBİLİSİ, 13 avqust. TELEQRAF

“Heç şübhəsiz Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması eyni zamanda ATƏT-in Minsk qrupunun işinə son qoyub”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə keçirdiyi görüşdə deyib.

Onun sözlərinə görə, 33 il ərzində fəaliyyət göstərməyən, prosesi izləyən və yalnız bir neçə tövsiyə ilə çıxış edən ATƏT-in Minsk qrupunun qeyri-funksionallığı indi tam şəkildə sənədləşdirilib və çox güman ki, tarixi hadisələrdən biri olaraq qalacaq.

TBMM sədri ümidvar olduğunu bildirib ki, Azərbaycanla Ermənistan arasında normallaşma bölgədə sülhə dəstək olacaq.

Seçilən
62
5
teleqraf.com

6Mənbələr