AZ

Paşinyan Aİİ-nin iclasına getməyəcək

Ermənistanın Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryanın yerli mətbuata verdiyiməlumatagörə, Nikol Paşinyan avqustun 12-dən 15-dək məzuniyyətdədir. İclasda Baş nazirin müavini Mher Qriqoryanın iştirakı gözlənilir.

Bildirilir ki, sözügedən iclasda iqlim gündəliyinin tənzimlənməsinə yanaşmalar, həmçinin 2024-2026-cı illər üzrə planlar ətrafında müzakirələr aparılacaq. Aİİ-yə üzv ölkələrin nəqliyyat koordinasiyası siyasətinin icrası, müştərək neft-qaz, habelə dərman bazarlarının inkişafı, ittifaq daxilində əmək miqrasiyasının vəziyyəti qiymətləndiriləcək.

Firudin Həmidli
AzVision.az
Seçilən
9
1
azvision.az

2Mənbələr