“Azərbaycan Hava Yolları” (AZAL) və Bəhreyn Krallığının milli aviadaşıyıcısı “Gulf Air” marşrut şəbəkəsini genişləndirmək və sərnişinlərə daha çox səyahət imkanı yaratmaq məqsədilə kod-şerinq sazişini imzalayıb.
AZAL-dan verilən məlumata görə, saziş sərnişinlərə daha geniş marşrut şəbəkəsindən faydalanmaq, aviabiletləri vahid əməliyyat sistemi çərçivəsində rahatlıqla əldə etmək və baqajlarını birbaşa son təyinat məntəqəsinə qədər qeydiyyatdan keçirmək imkanı təqdim edir.