AZ

“Rusiya sərhədçilərinin mövcudluğu nəzərə alınmalıdır” Rusiya XİN “Tramp marşrutu” barədə

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya Siyasəti Departamentinin direktor müavini Aleksey Fadeyev avqustun 8-də Vaşinqtonda imzalanmış üçtərəfli bəyanatı şərh edərək Zəngəzur dəhlizi - “Tramp marşrutu” barədə fikirlərini bildirib. 

525.az-ın “Sputnik Armeniya”ya istinadən verdiyi məlumata görə, Aleksey Fadeyev bildirib ki, Ermənistanın Sünik vilayəti üzərindən kommunikasiya yollarının açılması zamanı bölgədə yerləşən Rusiya sərhədçilərinin mövcudluğu nəzərə alınmalıdır. Fadeyev qeyd edib ki, Rusiya 2020-2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında əldə olunmuş üçtərəfli razılaşmaları qüvvədə və aktual hesab edir. Onun sözlərinə görə, tərəflərdən heç biri bu razılaşmalardan çıxdığını rəsmi şəkildə bəyan etməyib: “Rusiya XİN və ölkə rəhbərliyi dəfələrlə bəyan edib ki, Moskva tərəflər arasında münasibətlərin normallaşdırılmasına dəstək verməyə hazırdır”.

“Tramp marşrutu” layihəsinə gəldikdə isə Fadeyev bildirib ki, Rusiya Xarici İşlər Nazirliyi layihənin detalları hələ açıqlanmadığı üçün məsələyə dair mövqeyini hələlik saxlamağı üstün tutur.

“Daha əvvəl də qeyd etdiyimiz kimi, region xaricindən gələn qüvvələrin Cənubi Qafqaza cəlb olunması sülh gündəliyini dəstəkləməli, yeni problemlər və bölücü xətlər yaratmamalıdır. Eyni zamanda, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü və Sünik bölgəsində Rusiya sərhədçilərinin mövcudluğu da nəzərə alınmalıdır. Hesab edirik ki, layihənin hazırlanması zamanı bu amillər diqqətdə saxlanılmalıdır”, - deyə Fadeyev vurğulayıb.

Xatırladaq ki, 8 avqustda Ermənistan və Azərbaycan liderləri Nikol Paşinyan və İlham Əliyev Vaşinqtonda ABŞ-ın sabiq prezidenti Donald Trampın şahidliyi ilə birgə bəyanat imzalayıblar. Bəyanata əsasən, Ermənistan ABŞ-a “Trampın Sülh və İnkişaf Marşrutu” (TRIPP) layihəsini həyata keçirmək üçün 99 illik eksklüziv hüquq təqdim edir. Yol Ermənistan qanunvericiliyi çərçivəsində fəaliyyət göstərəcək və Naxçıvanla Azərbaycanın əsas ərazisini Sünik vilayəti üzərindən birləşdirəcək. ABŞ tərəfi bu ərazini infrastrukturun qurulması və idarə olunması məqsədilə beynəlxalq konsorsiuma subarendaya verməyi planlaşdırır.

İbrahim Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
55
525.az

1Mənbələr