Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 23 sentyabr 2025-ci il tarixində təkrar pul hərracı keçiriləcək.
Tanınmış fındıq zavodunun səhmləri - HƏRRACDA ALICI TAPDI, DETALLAR
FED.az xəbər verir ki, hərraca “Ağdaş Quşçuluq”, “Cəlilabad Şərab”, “Şıxlar Broyler” və “Moda” səhmdar cəmiyyətlərinə məxsus səhm paketləri çıxarılacaq.
Pul hərraclarına çıxarılan səhmlərin ilkin satış qiymətinin 10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Əmlak Məsələləri Dövlət Xidmətinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 hesablaşma hesabına (VÖEN:2000015631) ödənilməlidir.
“Ağdaş Quşçuluq” üzrə hərraca 101 662 ədəd səhm çıxarılır ki, bu da buraxılmış səhmlərin 30,01%-i deməkdir. Səhmlərin nominal dəyəri 203 324 manat (bir səhm 2 manat), ilkin satış qiyməti 101 662 manat, beh məbləği isə 10 166,20 manat olaraq müəyyən edilib. Qeyd edək ki, buraxılmış səhmlərin ümumi sayı 338 741 ədəddir. Şirkət 1998-ci ildə yaradılıb hüquqi ünvanı Ağdaş rayonu, Qaradağlı kəndidir, nizamnamə kapitalı 677 min 482 manat təşkil edir.
“Cəlilabad Şərab” üzrə 41 295 ədəd səhm satışa çıxarılır, başqa sözlə buraxılmış ümumi sayın 44,81%-i. Paketin nominal dəyəri 165 180 manatdır (bir səhm 4 manat). Səhmlər üzrə ilkin satış qiyməti 82 590 manat, beh məbləği isə 8 259 manat müəyyən edilib. “Cəlilabad Şərab” 1999-cu ildə yaradılıb hüquqi ünvanı Cəlilabad rayonu, Cəlilabad–Bakı şossesinin 2-ci kilometrində yerləşir və nizamnamə kapitalı 368 min 620 manat təşkil edir. Səhmdar cəmiyyət tərəfindən buraxılmış səhmlər 92 155 ədəddir.
“Şıxlar Broyler” tərəfindən buraxılmış səhmlərin 30,11%-i hərraca çıxarılacaq, başqa sözlə hərraca 42 090 ədəd səhm olacaq. Nominal dəyər 84 180 manat (bir səhm 2 manat), ilkin satış qiyməti 42 090 manat, beh məbləği isə 4 209 manatdır. “Şıxlar Broyler” 1998-ci ildə yaradılıb hüquqi ünvanı Masallı rayonu, Şıxlar kəndində yerləşir və nizamnamə kapitalı 279 min 610 manat təşkil edir. Səhmdar cəmiyyət tərəfindən buraxılmış səhmlərin ümumi sayı isə 139 804 ədəddir.
“Moda” üzrə isə simvolik həcmdə — cəmi 2 ədəd səhm (0,03%) satışdadır. Paketin nominal və ilkin satış qiyməti 4 manat, beh məbləği 0,40 manatdır (bir səhm 2 manat).
“Moda” 1997-ci ildə yaradılıb hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, 11/13 ünvanında yerləşir və nizamnamə kapitalı 12 min 382 manat təşkil edir. Səhmdar cəmiyyət tərəfindən 6 191 ədəd səhm buraxılıb.
Əlavə məlumatı Əmlak Məsələləri Dövlət Xidmətinin 195-1 nömrəli Çağrı Mərkəzi vasitəsilə və www.emlak.gov.az saytından ala bilərsiniz.
2025-ci il sentyabr ayının 23-də keçiriləcək təkrar pul hərracında səhmləri satışa çıxarılacaq səhmdar cəmiyyətləri haqqında məlumat:
Sıra sayı | Səhmdar cəmiyyətinin | Səhmdar cəmiyyətinin hüquqi ünvanı | Nizamnamə kapitalının həcmi (manat) | Buraxılmış səhmlərin ümumi sayı (ədəd) | Bir səhmin nominal qiyməti (manat) | Satışa çıxarılmış səhmlər | Satışa çıxarılan səhmlərin nominal dəyəri (manat) | Satışa çıxarılan səhmlərin ilkin hərrac (satış) qiyməti | İlkin satış qiymətinin | |
sayı (ədəd) | buraxılmış səhmlərin ümumi sayında | |||||||||
1 | Ağdaş Quşçuluq №463 23.03.1998 | Ağdaş rayonu, Qaradağlı kəndi | 677482.20 | 338741 | 2.00 | 101662 | 30.01 | 203324.00 | 101662.00 | 10166.20 |
2 | Cəlilabad Şərab №309 31.05.1999 №178 03.08.2017 | Cəlilabad rayonu, Cəlilabad - Bakı şossesinin 2-ci kilometri | 368620.00 | 92155 | 4.00 | 41295 | 44.81 | 165180.00 | 82590.00 | 8259.00 |
3 | Şıxlar Broyler №544 06.04.1998 | Masallı rayonu, Şıxlar kəndi | 279609.60 | 139 804 | 2.00 | 42090 | 30.11 | 84180.00 | 42090.00 | 4209.00 |
4 | Moda №569 08.08.1997 | Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, 11/13 | 12382.00 | 6191 | 2.00 | 2 | 0.03 | 4.00 | 4.00 | 0.40 |