AZ

Robbi Kin: “Qarabağ”la oyunlar bizim üçün məyusedici ola bilər”

“Ferentsvaroş”un baş məşqçisi Robbi Kin Çempionlar Liqasının pley-offunda rəqib olduqları “Qarabağ”la oyunlar barədə danışıb.

Arena.az xəbər verir ki, Macarıstan və Azərbaycan çempionları arasındakı ilk qarşılaşma avqustun 19-da, cavab görüşü isə ayın 27-də keçiriləcək.

Robbi Kin UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Bolqarıstan çempionu “Ludoqorets”ə 3:0 hesabıyla qalib gəldikləri cavab matçından (ilk oyun 0:0) sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Bu anlardan həzz almalısan. Çünki növbəti matç bizim üçün məyusedici ola bilər. Məncə, komanda bu sevincə layiqdir. Xüsusən də ikinci hissədəki oyuna görə. Lakin azarkeşləri də qeyd etməliyəm. Onların bizə enerji verdiyini hiss etdik”.

45 yaşlı irlandiyalı mütəxəssis UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanmaları ehtimalı barədə də danışıb:

“Sadəcə, növbəti görüşə fokuslanmışam. Amma oyunçulara dedim ki, bu himni dəfələrlə dinləmək istəyirsinizsə, masaya nə qoymalı olduğunuzu bilməlisiniz. Bu səviyyədə təhlükənin nə olduğunu hər kəs çox yaxşı bilir. Mən UEFA Çempionlar Liqasında oynamışam. Bunun nə olduğunu bilirəm. Futbolçularımın da bunu hiss etmələrini istəyirəm”.

Robbi Kin “Fererntsvaroş”un futbolçusu Habib Mayqanın zədələndiyini də açıqlayıb. O, 29 yaşlı yarımmüdafiəçinin zədəsinin nə qədər ciddi olduğunu hələlik bilmədiyini söyləyib.

Qeyd edək ki, “Qarabağ” “Ferentsvaroş”a qarşı ilk oyununu avqustun 19-da səfərdə, cavab matçını ayın 27-də evdə keçirəcək. Səfərdəki matçın saat 23:00-da, evdəki oyunun isə 20:45-də başlayacağı dəqiqləşib.

Seçilən
49
10
arena.az

10Mənbələr