Azərbaycanın qadın futbolçulardan ibarət millisinin üzvü Nigar Mirzəliyeva Rusiya çempionatında növbəti dəfə turun rəmzi yığmasına düşüb.
Fanat.Az xəbər verir ki, “Zenit”də çıxış edən müdafiəçimiz 17-ci turdakı performansına əsasən rəmzi komandaya seçilib.
Nigarın komandası son turda səfərdə “Rubin”i 3:1 hesabı ilə məğlub edib ki, start heyətində yer alan millimizin üzvü matçı əvəzolunmadan başa vurub.
Mirzəliyeva daha əvvəl 8, 10 və 13-cü turların rəmzi komandasına da düşmüşdü.
Onun komandası 16 oyunda 38 xal toplayıb və hazırda liderdən 2 xal geri qalaraq turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.