AZ

Azərbaycanda “Xüsusi icra məmurları haqqında” qanun qəbul edildi


Azərbaycanda “Xüsusi icra məmurları haqqında” qanun qəbul edilib. Bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb.

Qanuna əsasən, xüsusi icra məmuru bu Qanunda nəzərdə tutulmuş məhkəmələrin və qanunla icrası icra məmurlarına həvalə edilmiş digər orqanların sənədlərinin (bundan sonra – icra sənədləri) icrasını həyata keçirmək üçün xüsusi icra məmuru şəhadətnaməsi (bundan sonra – şəhadətnamə) almış fiziki şəxsdir.

Xüsusi icra məmuru məcburi icra orqanı statusuna malikdir, fəaliyyətini peşəkar əsaslarla həyata keçirir. Xüsusi icra məmuru dövlət hakimiyyətinin nümayəndəsi hesab edilmir.
Xüsusi icra məmurunun fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunmur.

Xüsusi icra məmurunun fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Qanun, “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları təşkil edir.

Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı Fərman imzalayıb.

Seçilən
80
22
baki-xeber.com

10Mənbələr