AZ

Bərdədə gənclərlə görüş keçirilib

Ses qazeti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində 12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə bu ilin qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış tələbə gənclərlə görüş keçirib.

Tədbirdən öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsinə ehtiramlarını bildiriblər. Sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş bütün şəhidlərin xatirəsi ehtiramla yad edilib.

YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya çıxış edərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O, qazanılan qələbələrdə gənclərin fəal rolunu qeyd edərək tələbələri təbrik edib, onlara uğurlar arzulayıb.

Qaradağ Regional Təhsil İdarəsi Bərdə sektorunun müdiri Qurban Məmmədov çıxışında Bərdə rayonunda təhsil sahəsində əldə olunan nailiyyətlərdən danışıb və gəncləri qazandıqları uğurlar münasibətilə təbrik edib.

Tədbirdə, həmçinin şəhid Elməddin Hüseynzadənin anası Arzu Hüseynova, Vətən müharibəsində Şuşa uğrunda döyüşlərdə iştirak etmiş qazi Ümman Baxşəliyev, Qayalı kənd tam orta məktəbin direktoru Vəfa Abdullayeva, 694,5 balla Qarabağ üzrə ən yüksək nəticə göstərən Əyricə kənd tam orta məktəbin məzunu Emin İbrahimov, şəhər 5 saylı tam orta məktəbin qızıl medallı məzunu və 678 bal toplayan Elminaz Rzayeva, valideynlər adından isə 642 bal toplamış Nəzrin Mustafazadənin babası Asif Mustafayev çıxış ediblər. Onlar bildiriblər ki, Vətən müharibəsində əldə edilən Qələbəni möhkəmləndirməyin mühüm amillərindən biri gənclərin daha dərin biliklər əldə edərək dövlətə layiqli xidmət etmələridir. Çıxışçılar gənclərə yaradılan imkanlara görə dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qaradağ Regional Mədəniyyət İdarəsi Bərdə Mədəniyyət Mərkəzinin kollektivi ifa etdikləri şeir və mahnılarla tədbirə rəng qatıb.

Sonda YAP Bərdə rayon təşkilatı tərəfindən qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş tələbələrə - foyedə Ulu Öndər Heydər Əliyevin büstü önündə hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
1
sesqazeti.az

2Mənbələr