Apa.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Ağdərə və Qubadlıda baş verən yanğınlar söndürülüb.
APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Ağdərə rayonu, Suqovuşan kəndində dağlıq ərazidə baş vermiş yanğın FHN-in yanğın-xilasetmə qüvvələrinin yüksək peşəkarlığı və əməkdaşların xüsusi fədakarlığı sayəsində daha geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb.
Bundan əlavə, Qubadlı rayonunun Qayalı kəndində açıq sahədə baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.