AZ

Futzal: “Araz-Naxçıvan”ın iki oyununa təyinatlar açıqlandı

“Araz-Naxçıvan”ın futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində keçirəcəyi ilk iki oyunun təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, F qrupunun matçları Avstriyada keçiriləcək və yalnız qrup lideri əsas mərhələyə vəsiqə qazanacaq.

27 avqust

19:00. “Araz-Naxçıvan” – “Sparta Belfast” (Şimali İrlandiya)
Hakimlər: Qonsalo Felipe Santos Duarte (Portuqaliya), Orest Dutsyak (Ukrayna), Vladimir Sebek (Monteneqro).
Hakim-inspektor: Talal Daravşi (İsrail).
Time keeper: Njeqoş Vuçanoviç (Avstriya).
Linz, NMS İdman Sarayı

28 avqust

19:00. “PYF Saltires” (Şotlandiya) – “Araz-Naxçıvan”
Hakimlər: Vladimir Sebek, Qonsalo Felipe Santos Duarte, Aleksandar Vangelov (Bolqarıstan).
Hakim-inspektor: Talal Daravşi.
Time keeper: Njeqoş Vuçanoviç.
Linz, NMS İdman Sarayı

30 avqust

21:30. “Lyuti Krayişniçi” (Avstriya) – “Araz-Naxçıvan”
Linz. NMS İdman Sarayı.

Seçilən
31
17
arena.az

10Mənbələr