AZ

Tomas Frank: “Tottenhem” PSJ ilə döyüşə hazırdır!”

“Tottenhem”in baş məşqçisi Tomas Frank UEFA Super Kuboku uğrunda görüşdə PSJ ilə oyundan gözləntisini açıqlayıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, 51 yaşlı danimarkalı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Tottenhem”ə bağlı hər bir kəs üçün bu, vacib oyundur, ciddi sınaq və əla fürsətdir. Biz bu çağırışı mütləq qəbul edəcək və bütün güc-qüvvəmizi ortaya qoyacağıq. Biz çox güclü bir komandaya qarşı oynamalı olacağıq, amma biz buna hazırıq.

Döyüşəcəyimizə heç bir şübhəm yoxdur. Əlbəttə, PSJ hazırda özünün ən yüksək formasından uzaqdır, amma bir özümüzə diqqət cəmləmişik və qarşıdakı oyuna hazırıq”, deyə Tomas Frank vurğulayıb.

Xatırladaq ki, bu gün, avqustun 13-də Avropa Liqasının qalibi “Tottenhem” Çempionlar Liqasının qalibi PSJ ilə UEFA Super Kuboku uğrunda oyuna çıxacaq. Oyun Udinenin “Blyuenerci” stadionunda (“Stadio Friuli”) keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Seçilən
18
arena.az

1Mənbələr