AZ

Bu ilin yeddi ayında qeydiyyata alınan mülkiyyətin sayı məlum olub

Bakı.Trend:

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətitərəfindən 2025-ci ilin yanvar-iyul ayları ərzində daşınmaz əmlaküzərində 204.494 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışlatəmin edilib.

Trend xəbərverir ki,bu barədə qurum tərəfindən məlumat yayılıb.

Bildirilib ki, qeydiyyata alınan mülkiyyət hüququnun 37.588-i(18,4 %) ilkin, 166.906-si (81,6 %) isə təkrar qeydiyyatın payınadüşür.

"Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində – 37.904,mənzil – 52.196, torpaq sahəsi – 106.814, qeyri-yaşayış binası –1.736, qeyri-yaşayış sahəsi – 5.340, əmlak kompleksi – 417,çoxmərtəbəli yaşayış binası – 84 və çoxillik əkmələr üzərində – 3mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdəqeydiyyata alınan mülkiyyət hüquqlarının 56.114-ü Bakı şəhərinin,qalan hissəsi isə bölgələrin payına düşüb", - məlumatdavurğulanıb.

Həmçinin qeyd edilib ki, Bu ilin yanvar-iyul ayları ərzində145.642 texniki pasport tərtib edilib, 34.196 ipoteka müqaviləsiqeydiyyata alınıb.

Seçilən
106
9
az.trend.az

10Mənbələr