AZ

Putinin təhlükəsizliyini ABŞ xüsusi xidməti təmin edəcək

Rusiya Prezidenti Vladimir Putinin Alyska səfəri zamanı onun təhlükəsizliyi yalnız rus mühafizəçiləri tərəfindən deyil, həm də ABŞ-ın Gizli Xidmət agentləri tərəfindən qorunacaq. Bu barədə keçmiş yüksək vəzifəli amerikalı təhlükəsizlik rəsmisi Robert Makdonald TASS-a bildirib.

“Prezident Putin ABŞ-a gələndə, onunla Rusiya mühafizə dəstəsi olacaq. Amma eyni zamanda onu ABŞ-ın Gizli Xidməti də qoruyacaq. Biz istəmirik ki, o buradaykən onunla nəsə baş versin. Necə ki, Rusiya tərəfi də istəməzdi ki, prezident Tramp Rusiyada olarkən ona bir şey olsun,” –  o bildirib.

Makdonald vurğulayıb ki, hər iki tərəf 15 avqustda Ankoricdə keçiriləcək görüş zamanı liderlərin təhlükəsizliyində maraqlıdır.

N.Təbrizli

Seçilən
8
41
anews.az

10Mənbələr