AZ

Azərbaycanda nominal ÜDM-də ev təsərrüfatlarının istehlak xərcləri 58 %-i ötüb

Bu ilin I yarısında Azərbaycanda nominal ÜDM-nin tərkibində ev təsərrüfatlarının son istehlak xərcləri 58,2 % təşkil edib.  

Poliqon xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul Siyasəti İcmalı"nda bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz bəndi çoxdur.

Hesabat dövrünə dövlət idarələrinin son istehlak xərclərinin payı isə 15 % olub ki, bu da illik müqayisədə 1,2 faiz bəndi çoxdur.

Son 1 ildə ev təsərrüfatlarının, son istehlak xərcləri xərcləri nominal ifadədə 8,3 %, dövlət idarələrinin son istehlak xərcləri isə 12,5 % artıb.

Poliqon.info 

Seçilən
20
3
poliqon.info

4Mənbələr