AZ

“İranla razılaşma olmayacaqsa, sanksiyalar bərpa ediləcək” – Avropa üçlüyü

Britaniya, Almaniya və Fransa İran nüvə danışıqlarını bərpa etməzsə, BMT-nin sanksiyalarını geri qaytaran “Snapback” mexanizmini işə salacaqlarını bildiriblər.

Bu barədə “Financial Times” nəşri məlumat yayıb.

Qəzet yazır ki, hər üç ölkənin xarici işlər nazirləri tərəfindən BMT-nin baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasına ünvanlanan məktubda bu xəbərdarlıq açıq şəkildə ifadə olunub.
“Biz xəbərdarlıq etdik ki, əgər İran avqustun sonunadək diplomatik həll yoluna razılıq verməsə, Aİ sanksiyaları bərpa etməyə hazırdır”, – deyə, məktubda vurğulanıb.

Seçilən
14
1
7times.az

2Mənbələr