AZ

“Rehabus” layihəsi üzrə əlilliyi olan 2 min 100 nəfərə xidmət göstərilib

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 13 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 2022-ci ildən icrasına başladığı “RehaBus” (“Reabilitasiya Avtobusu”) layihəsi çərçivəsində əlilliyi olan 2 min 100 nəfərə xidmət göstərilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Bakı və ətraf ərazilərdə yaşayan əlilliyi olan şəxslərin ambulator və icma əsaslı reabilitasiya xidmətlərinə əlçatanlığını artırmağa xidmət edən layihə həmin şəxslərin müvafiq reabilitasiya müəssisəsinə asan və rahat şəkildə çatmasını təmin edir.

Reabilitasiya avtobusları Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonunda əvvəlcədən təyin edilmiş gözləmə məntəqələrindən əlilliyi olan uşaqları (onları müşayiət edən yaxınları ilə birgə) götürərək paytaxtdakı 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə çatdırır.

Reabilitasiya proseduru bitdikdən sonra isə onlar geri qaytarılırlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
3
azertag.az

4Mənbələr