Çin ordusu ABŞ-a məxsus destroyeri Cənubi Çin Dənizindən uzaqlaşdırıb.
Bu barədə Çin ordusu məlumat yayıb.
Məlumata görə, ABŞ destroyeri mübahisəli hesab olunan Skarboro Şoul bölgəsinə yaxınlaşıb və Çin donanması tərəfindən ərazidən çıxarılıb.
ABŞ donanması isə destroyerin məlum əraziyə yaxınlaşmasının beynəlxalq hüquqa tamamilə uyğun olduğunu bildirib.
Qarşı tərəf bu hərəkətin Çinin suverenlik və təhlükəsizliyini pozduğunu bəyan edib.