Dünən planetimizdə Beynəlxalq Gənclər Günü geniş qeyd olundu. Milli Kitabxanada bu münasibətlə “12 Avqust – Beynəlxalq Gənclər Günü” adlı virtual sərgi yaradılaraq onlayn rejimdə istifadəçilərə təqdim olunub.
Kitabxanadan mətbuata bildirilib ki, virtual sərgidə rəsmi sənədlər, fotolar, dövri mətbuat səhifələrində dərc olunan materiallar və kitablar nümayiş olunur.
Qeyd edək ki, 1998-ci ildə hər il avqustun 12-sinin Beynəlxalq Gənclər Günü kimi qeyd olunması qərara alınıb. Həmin vaxtdan etibarən təqvimin həmin günü bütün dünyada gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədilə müvafiq layihələr icra edilir.
XQ