Bakı. Trend:
2025-ci il avqustun 8-də Vaşinqtonda tarixi bir mərhələ keçildi:Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-nin dövlət başçısı DonaldTramp iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının (STX)hazırlanması üçün yaradılacaq Strateji İşçi Qrupunun təsisedilməsinə dair Anlaşma Memorandumu imzaladılar. Sənəd Azərbaycan -ABŞ münasibətlərində keyfiyyətcə yeni mərhələ açaraq daha dərin,strukturlaşdırılmış və qarşılıqlı faydalı əməkdaşlığın yolunugöstərir.
Vaşinqtonun hakimiyyət dəhlizlərində, xarici siyasətin millimaraqların soyuq hesabı üzərində formalaşdığı yerdə, başqaölkələrlə münasibətlər nadir hallarda emosiyalara əsaslanır vəmünasibətlər qarşılıqlı faydanın praqmatik dəyərləndirilməsi iləqurulur. Məhz bu prizma ilə ABŞ - Azərbaycan münasibətlərinintəkamülünə baxmaq lazımdır - dar çərçivəli əməkdaşlıqdan doğmaqdaolan strateji ittifaqa doğru yol. Strateji tərəfdaşlıq Xartiyasınınhazırlanması məqsədilə Anlaşma Memorandumunun imzalanması hipotetikdeyil, illərlə formalaşmış reallığın məntiqli hüquqitəsbitidir.
İmzalanmış Memorandum təkcə diplomatik jest deyil, üç əsasistiqamətdə - regional əlaqələr, iqtisadi investisiyalar vətəhlükəsizlik sahəsində əməkdaşlıq üzrə hərtərəfli tərəfdaşlığınyol xəritəsidir. Altı ay ərzində Xartiyanı hazırlamaq tapşırığıverilmiş Strateji İşçi Qrupu bu münasibətlərin institusional əsasdamöhkəmləndirilməsinə sadiqliyi göstərir.
Azərbaycan artıq sadəcə enerji tədarükçüsü olmaqdan çıxaraqAvrasiya geosiyasi və iqtisadi arxitekturasının əsasbağlantılarından birinə çevrilib. Vaşinqtonda da bunuanlayırlar.
Xatırladaq ki, Azərbaycan-ABŞ münasibətləri ölkəmizin 1991-ciildə Sovet İttifaqından müstəqilliyini bərpa etməsindən sonraformalaşmağa başladı. İlk illər "Soyuq müharibə" sonrası dövrününgeosiyasi mürəkkəbliyi və Ermənistanla Qarabağ münaqişəsi səbəbiləehtiyatlı qarşılıqlı əlaqələrlə xarakterizə olunurdu. ABŞ humanitaryardım göstərir, Azərbaycanın NATO-nun 1994-cü ildə “Sülh naminətərəfdaşlıq” proqramı kimi Qərb institutlarına inteqrasiyasınıdəstəkləyirdi. Fəqət münasibətlər 1992-ci ildə qəbul edilmiş,Qarabağ münaqişəsinə görə Azərbaycana birbaşa yardımı qadağan edən"Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişlə məhdudlaşmışdı ki, bu daABŞ-dəki erməni lobbinin təsirini əks etdirirdi.
Məzkur məhdudiyyətlərə baxmayaraq, Azərbaycan Qərbin əsas enerjitərəfdaşına çevrildi. 1994-cü ildə “Əsrin müqaviləsi” çərçivəsində“Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi üçün "Amoco" və"Pennzoil" kimi Amerika şirkətlərinin iştirakı ilə imzalanan sazişiqtisadi əlaqələrin təməlini qoydu. 2006-cı ildə istismara verilmişBakı - Tbilisi - Ceyhan (BTC) kəməri Azərbaycanın Xəzər enerjiehtiyatlarını Rusiya və İrandan yan keçərək dünya bazarına çıxaranetibarlı təchizatçı rolunu möhkəmləndirdi. 2023-cü ilə qədərAzərbaycan dünya neftinin təxminən 2 faizini, Avropanın təbiiqazının isə 5 faizini təmin edir, Cənub Qaz Dəhlizi ilə Avropaİttifaqına hər il 10 milyard kubmetr qaz ixrac edirdi.
2002-ci ildə ilk dəfə dayandırılmış və yenidən uzadılmış 907-cidüzəlişin qüvvədən qalxması ABŞ-nin Azərbaycanın stratejiəhəmiyyətinə praqmatik yanaşmasını göstərir. DəyişiklikAzərbaycanın terrorizmə qarşı mübarizədə verdiyi töhfələrlə bağlıidi. Buraya Azərbaycanın Əfqanıstandakı ABŞ əməliyyatlarına uçuşhüququ və logistik dəstək verməsi, habelə Cənubi Qafqazda regionalsabitliyi təmin etməkdə oynadığı rol daxildir.
Azərbaycanın Avropa ilə Asiyanın qovşağında yerləşməsi onuregional əlaqəlilik baxımından açar mövqeyə çevirir. BTC və CənubQaz Dəhlizi artıq Cənubi Qafqazı mühüm enerji dəhlizinə çevirib.2024-cü ildə Azərbaycan 8,2 milyon ton neft və 22,3 milyard kubmetrqaz ixrac edib, 2027-ci ilə qədər qaz ixracını 24 milyard kubmetrəçatdırmağı planlaşdırır. ABŞ, xüsusən də Avropa İttifaqının Rusiyaqazından asılılığını 2021-ci ildə idxalın 40 faizindən 2024-cü ildə15 faizə endirməsi fonunda, Azərbaycanı Avropaya enerjitəchizatının diversifikasiyasında həyati tərəfdaş kimi görür.
Memorandum enerji, ticarət və tranzit infrastrukturlarınıngenişləndirilməsinə diqqət yönəldir. Xəzər dənizi üzərindən ÇiniAvropa ilə birləşdirən Orta Dəhliz 2022 - 2024-cü illərdə yükhəcmini 65 faiz artıraraq 2,7 milyon tona çatdırıb. ABŞ-nin budəhlizə qoyacağı investisiyalar onun ötürmə qabiliyyətini artıraraqtranzit müddəti və xərclərini həm Şimal (Rusiya üzərindən), həm dəCənub (İran üzərindən) marşrutları ilə müqayisədə azalda bilər. ABŞBeynəlxalq İnkişaf Maliyyələşdirmə Korporasiyası (DFC) bu prosesdəGürcüstan və Ermənistanda 2018-ci ildən bəri həyata keçirdiyi 1,5milyard dollarlıq infrastruktur layihələri kimi mühüm rol oynayabilər.
Bu günsə enerji dəhlizlərinin yerini nəqliyyat dəhlizləri tutur.Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) bu günAvrasiya üçün, 20 il əvvəl enerji bazarında BTC-nin oynadığı roluoynamağa başlayıb. Ukraynada müharibə və Çinlə münasibətlərdəgərginliyin artması fonunda, Rusiyanı dolanan etibarlı marşrutlaraQərbin ehtiyacı artıq ekzistensial xarakter alıb.
Faktlar özlüyündə danışır. Belə ki, Azərbaycan Mərkəzi Asiya iləAvropa arasında əvəzolunmaz körpüdür. Onsuz Orta Dəhliz mümkündeyil. Bakı öncədən Xəzərin ən müasir limanı olan Ələt limanına vəTürkiyəyə, oradan isə Avropaya birbaşa çıxış verən Bakı - Tbilisi -Qars dəmir yoluna sərmayə qoyub. 2030-cu ilə qədər Orta Dəhlizinötürmə gücü 5 - 6 dəfə arta bilər. Bu isə ABŞ və Avropa şirkətləriüçün ənənəvi dəniz yollarına və Rusiya Transsibiroluna nisbətəndaha sürətli və təhlükəsiz alternativ deməkdir.
Vaşinqtonun baxış bucağından bu dəhlizə dəstək göstərməkAzərbaycana yardım deyil. Bu, qlobal təchizat zəncirlərinindayanıqlığına və geosiyasi rəqiblərdən asılılığın azaldılmasınasərmayədir. Bu isə maraqların üst-üstə düşdüyü, tərəfdaşlıq üçün ənmöhkəm təməli təşkil edən klassik nümunədir.
İkinci istiqamət - karbohidrogenlərə əsaslanan iqtisadiyyatdantexnologiyalara əsaslanan iqtisadiyyata keçiddir. Ölkənin uzaqgörənrəhbərliyi yaxşı anlayır ki, neft dövrü əbədi deyil. Enerjiresurslarından əldə olunan gəlirlərin rəqəmsal və innovativiqtisadiyyat quruculuğuna yönəldilməsi yeganə düzgün strategiyadırvə ABŞ bunu yalnız alqışlaya bilər.
Memorandum süni intellekt (Sİ) və rəqəmsal infrastrukturuniqtisadi əməkdaşlığın əsas istiqamətləri kimi önə çəkir. Azərbaycanrəqəmsal transformasiya sahəsində mühüm addımlar atıb: “RəqəmsalAzərbaycan” strategiyası 2023-cü ildə ÜDM-də İKT sektorunun 5,2faiz olan payını 2030-cu ilə qədər 10 faizə çatdırmağı hədəfləyir.İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəklədiyi startapekosistemi 2020-ci ildən bəri 100 milyon dollar xarici sərmayə cəlbedib, bu sırada "Cisco" və "Microsoft" kimi Amerika şirkətləri dəvar.
Süni intellekt sahəsində "OpenAI" və "Google" kimi dünyaliderlərinin yerləşdiyi ABŞ, Azərbaycanın bu sahədəkiambisiyalarını reallaşdırmaq üçün texniki bilik və sərmayə təqdimedə bilər. Məsələn, enerji idarəçiliyində Sİ-nin tətbiqiAzərbaycanın ağıllı şəbəkələrini optimallaşdıraraq hazırda illik 8faiz olan enerji itkilərini azalda bilər. Azərbaycanın 2023-cü ildəBeynəlxalq Telekommunikasiya İttifaqının reytinqində kibertəhlükəsizlik səviyyəsinə görə 27-ci yerdə olması nəzərə alınaraq,kiber təhlükəsizlik sahəsində birgə layihələr dövlət vəqeyri-dövlət aktorlarından gələn təhdidlərə qarşı rəqəmsaldayanıqlığı gücləndirə bilər.
Bu istiqamət qlobal tendensiyalara tam uyğundur. ABŞ 2020-ciildən bəri Sİ tədqiqatlarına 20 milyard dollar sərmayə yatırıb vəİsrail, Sinqapur kimi müttəfiqlərlə tərəfdaşlıq nəticəsində avtonomsistemlər və data analitikası sahəsində yeniliklərə nail olub.Azərbaycanın sabit idarəçilik mühiti və strateji yerləşməsi onuXəzər regionunda oxşar təşəbbüslər üçün cəlbedici mərkəzəçevirir.
Dünya texnoloji rəqabət dövrünə qədəm qoyub. XXI əsrin qlobalrəqəmsal infrastrukturunun əsasını hansı texnologiyaların -Amerika, Avropa, yoxsa Çin texnologiyalarının - təşkil edəcəyihəlledici məsələdir. Süni intellekt, bulud hesablama vəkibertəhlükəsizlik sahəsində Amerika standartlarının Azərbaycankimi strateji əhəmiyyətli ölkələrdə tətbiqi ABŞ-ın millitəhlükəsizliyinə və iqtisadi liderliyinə birbaşa töhfədir.
Məsələn, Sovetlər Birliyinin dağılmasından sonra rəqəmsallaşmayaüstünlük verərək bu sahədə dünya liderlərindən birinə çevrilən vəQərb məkanına sıx inteqrasiya olunan Estoniya nümunəsi gözönündədir. Maliyyə resurslarına və strateji baxışa sahib Azərbaycanda regional rəqəmsal mərkəzə çevrilmək üçün bütün şanslaramalikdir.
Sərbəst iqtisadi zonaların yaradılması, texnologiya şirkətləriüçün vergi güzəştləri və insan kapitalının inkişafı "Microsoft","Amazon Web Services" və "Google" kimi nəhənglərin ölkəyə gəlişiüçün əlverişli şərait yaradır. Onların gəlişi təkcə texnologiyagətirməyəcək, həm də Azərbaycanı Qərb iqtisadi orbitində möhkəmşəkildə “lövbərləyəcək”.
Orta Dəhliz boyunca rəqəmsal infrastrukturun, məsələn, optiklifli kabel xətlərinin çəkilməsi sinerji yaradaraq nəqliyyatmarşrutunu rəqəmsal İpək yoluna çevirəcək. Bu isə ABŞ üçün ən yaxşıməhsullarını və dəyərlərini - innovasiyanı, açıqlığı və rəqəmsalsahədə hüququn aliliyini - ixrac etmək imkanı deməkdir.
Üçüncü və bəlkə də ən həssas istiqamət təhlükəsizlik sahəsindəəməkdaşlıqdır. Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimiözünü təsdiqləyib. Təhlükəsizlik əməkdaşlığı formalaşantərəfdaşlığın təməl daşlarından biridir. Azərbaycanın 2024-cü ildəmüdafiə xərcləri 3,2 milyard dollar (ÜDM-in 4,6 faizi) təşkil edibki, bu da silahlı qüvvələrin modernləşdirilməsinə sadiqliyigöstərir. ABŞ 2002-ci ildən bəri sərhəd mühafizəsi və terrorizməqarşı təlimlərə yönəlmiş 120 milyon dollarlıq təhlükəsizlik yardımıgöstərib. Memorandum silah satışlarının genişləndirilməsini, ocümlədən Türkiyə ilə xarici hərbi satışlar proqramı çərçivəsindəhəyata keçirilən müqavilələrə bənzər pilotsuz uçuş aparatları və yaraket əleyhinə müdafiə kimi qabaqcıl sistemlərin daxil edilməsininəzərdə tuta bilər.
Azərbaycanın terrorizmə qarşı mübarizə üzrə fəaliyyəti təsirligöstəricilərə malikdir: 2015-ci ildən bəri 17 terror planı ifşaedilib, ölkə "İnterpol" və NATO ilə kəşfiyyat məlumatlarınınmübadiləsində əməkdaşlıq edir. ABŞ, xüsusən 2020-ci ildə İkinciQarabağ müharibəsindən sonra, Azərbaycanın İranın regional təsirinəqarşı oynadığı rolu yüksək qiymətləndirir. Həmin müharibəAzərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yanaşı, regionungeosiyasi balansını da dəyişdi. Memorandumun müdafiə əməkdaşlığınayönəlik vurgusu ABŞ - Gürcüstan tərəfdaşlığında olduğu kimi, hər ilminlərlə hərbçinin iştirak etdiyi birgə təlimləri də əhatə edəbilər. Onu da unutmayaq ki, 11 sentyabr 2001 hadisələrindən sonraBakı ABŞ-ın ilk və ən fəal müttəfiqlərindən biri oldu. Azərbaycansülhməramlıları Kosovo, İraq və xüsusilə də Əfqanıstanda amerikalıhərbçilərlə çiyin-çiyinə xidmət göstərərək “Qətiyyətli Dəstək”missiyasının son günlərinə qədər Kabil hava limanınıntəhlükəsizliyini təmin etdilər. Bu, unudulan fakt deyil.
Azərbaycan mürəkkəb qonşuluqda yerləşir - şimalda Rusiya,cənubda İran. Güclü, sabit və Qərb yönümlü Azərbaycan budövlətlərin ekspansionist ambisiyalarına qarşı təbii baryerdir. Bu,Pentaqon və Dövlət Departamentində hər bir strateqin qəbul etdiyiaksiomadır.
2020-ci il İkinci Qarabağ müharibəsi müasir, texnoloji ordununeffektivliyini bütün dünyaya göstərdi. Yüksək dəqiqliklisilahların, pilotsuz uçuş aparatlarının və şəbəkə-mərkəzlitaktikanın istifadəsi bu gün Vest-Poynt daxil olmaqla aparıcı hərbiakademiyalarda öyrənilir. ABŞ üçün belə bir ordu ilə əməkdaşlıq,təcrübə mübadiləsi və mümkün müdafiə kontraktları təkcə biznesdeyil, həm də qarşılıqlı əməliyyat uyğunluğunu artırmaq və əsastərəfdaşın müdafiə qabiliyyətini möhkəmləndirmək yoludur.
Beynəlxalq hüquqa istinad burada tam yerinə düşür. BMTTəhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ərazibütövlüyünü bərpa edən Azərbaycan, dünya nizamının təməlprinsiplərinə sadiqliyini nümayiş etdirdi. ABŞ üçün tərəfdaşölkələrin suverenliyinin və ərazi bütövlüyünün dəstəklənməsi xaricisiyasətin əsas sütunlarından biridir.
ABŞ - Azərbaycan tərəfdaşlığı genişmiqyaslı nəticələrə malikdir.ABŞ üçün bu, Cənubi Qafqaz kimi Avrasiya əlaqəliliyi baxımındanhəyati əhəmiyyət kəsb edən regionda Rusiya və İran təsirinə qarşıtarazlıq yaradır. Azərbaycanın Ukrayna müharibəsində tutduğuneytral mövqe - humanitar yardım göstərməsi, lakin Rusiyaya qarşısanksiyalardan yayınması - onu böyük güclərlə münasibətləribalanslı saxlaya bilən praqmatik tərəfdaş kimi təqdim edir. Bu,ABŞ-ın uğurla inteqrasiya etdiyi, lakin müstəqil xarici siyasətyürüdən NATO üzvü Türkiyənin rolunu xatırladır.
Azərbaycan üçün tərəfdaşlıq Amerika texnologiyalarına,investisiyalarına və diplomatik dəstəyə çıxış imkanı deməkdir.ABŞ-ın dəstəyi, 2023 - 2024-cü illərdə aparılan danışıqlarabaxmayaraq hələ də nəticə verməyən Ermənistanla sülh danışıqlarındaAzərbaycanın mövqelərini gücləndirir. 2024-cü ildə ABŞ-ınAzərbaycan və Ermənistana sülh quruculuğu üçün ayırdığı 20 milyondollarlıq yardım Vaşinqtonun regional sabitliyə verdiyi önəmigöstərir.
Qlobal müstəvidə bu tərəfdaşlıq ABŞ-ın müttəfiq ölkələrdə enerjitəhlükəsizliyi və rəqəmsal innovasiyaları təşviq strategiyasınauyğun gəlir. 2022-ci ildə Avropa İttifaqının 2027-ci ilə qədərAzərbaycandan qaz idxalını ikiqat artırmaq barədə razılaşması,ABŞ-ın enerji marşrutlarını şaxələndirmə səylərini tamamlayır.Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində OrtaDəhlizdə oynadığı rol ABŞ-ın qlobal ticarət şəbəkələrində Çindominantlığına qarşı mövqeləri ilə üst-üstə düşür. Bu, ABŞ-ın 1,3trilyon dollarlıq Qlobal İnfrastruktur və İnvestisiyalarTərəfdaşlığı proqramında da öz əksini tapır.
ABŞ - Azərbaycan münasibətlərinin Strateji Tərəfdaşlıq Xartiyasışəklində rəsmiləşdirilməsi irəlidə verilən kredit deyil, artıqmövcud reallığın təsdiqidir. Azərbaycan enerji təchizatçısı kimietibarlılığını, tranzit qovşağı kimi əvəzolunmazlığını vətəhlükəsizlik tərəfdaşı kimi effektivliyini sübut edib.
ABŞ - Azərbaycan Xartiyası eyni anda qüvvələr balansını dəyişən,yeni iqtisadi üfüqlər açan və Azərbaycanı qlobal təhlükəsizlikarxitekturasında möhkəmləndirən bir layihədir. Burada hər iki tərəfqazanır: ABŞ Avropa ilə Asiyanın qovşağında etibarlı tərəfdaş əldəedir, Azərbaycan isə texnoloji, investisiya və diplomatikresurslara çıxışla suverenliyini və dünya siyasətindəki rolunugücləndirir.
Bu razılaşma ABŞ - Azərbaycan münasibətlərində dönüş nöqtəsidirvə ikitərəfli əlaqələri qlobal nəticələri olan strateji tərəfdaşlıqsəviyyəsinə qaldırır. Azərbaycanın enerji resurslarına, coğrafimövqeyinə və sabit idarəçiliyinə arxalanan ABŞ, qeyri-sabitregionda güclü müttəfiq qazanır. Azərbaycan isə Amerikainvestisiyaları və texnologiyaları hesabına iqtisadiyyatınışaxələndirmə və təhlükəsizliyini gücləndirmə imkanına sahib olur.ABŞ-ın Türkiyə ilə tərəfdaşlığı və Cənub Qaz Dəhlizi kimi tarixinümunələrə əsaslanan bu əməkdaşlıq Cənubi Qafqazı sabitlik, rifahvə innovasiyalara doğru dəyişdirə bilər.
Strateji İşçi Qrupu fəaliyyətini davam etdirdikcə dünyaprosesləri diqqətlə izləyəcək. Uğurla nəticələnəcəyi halda,Strateji Tərəfdaşlıq Xartiyası ABŞ-ın geosiyasi cəhətdən həssasregionlardakı inkişaf etməkdə olan dövlətlərlə münasibətlərindəpraqmatizm və prinsipləri balanslaşdıran modelə çevrilə bilər.
Vaşinqton üçün bu ittifaqın dərinləşdirilməsi soyuq, praqmatikseçimdir - Avrasiyada Amerika mövqelərinin gücləndirilməsi,logistikanın şaxələndirilməsi, yüksək texnologiyaların təşviqi vəqlobal qüvvələr balansı üçün kritik əhəmiyyət daşıyan regiondasabitliyin təminatı. Qafqaza təkcə bir münaqişə və ya bir borukəməri prizmasından baxılan dövr bitib. Artıq yetkin, çoxölçülü vəhəqiqətən strateji tərəfdaşlıq zamanı yetişib. Vaşinqtondakı hərciddi analitik bunu görür.