AZ

9 dövlət orqanında 18 vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib

Bakı. Trend:

13 avqust 2025-ci il tarixində 9 dövlət orqanında inzibativəzifələrin 3-4-cü təsnifatlarına uyğun olan 18 vəzifənin tutulmasıməqsədilə daxili müsahibə elanı verilib.

Trendxəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, daxili müsahibə elan edilən vəzifələrin 4-ü inzibati vəzifələrinüçüncü təsnifatına, 14-ü dördüncü təsnifatına aiddir. Daxilimüsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibativəzifələrin 3-cü təsnifatına uyğun olan Azərbaycan Respublikasınınİqtisadiyyat Nazirliyinin Aparat rəhbəri vəzifəsidir.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrəsənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibəüzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsivətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin vəmaliyyə xərclərinin qarşısının alınması, habelə AzərbaycanRespublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən dövlətxidmətlərinin daha əlçatan olmasına imkan verir.

Daxili müsahibədə vəzifənin tutulması şərtlərinə uyğun olanAzərbaycan Respublikasının vətəndaşları iştirak hüququnamalikdir.

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 13 avqust2025-ci il tarixindən
27 avqust 2025-ci il saat 18:00-dək Mərkəzin internet portalında“Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqlaqeydiyyatdan keçməlidirlər.

Seçilən
44
4
az.trend.az

5Mənbələr