AZ

Nepal 97 yeni zirvəni alpinistlər üçün açır

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Nepal Everest zirvəsinə qalxma haqqını on ildən sonra ilk dəfə artırır.

TurkicWorld xəbər verir ki, Nepal hökuməti turizmi inkişaf etdirmək məqsədilə qarşıdakı iki il ərzində Himalay dağlarında yerləşən 97 zirvəni sərbəst dırmaşmaq üçün açacaq. Eyni zamanda, dünyanın ən yüksək nöqtəsi olan Everestə qalxma icazəsinin qiyməti sentyabr ayından etibarən pik mövsümdə 15 min dollara yüksələcək.

Qeyd edək ki, Nepal dünyanın ən hündür on dağından səkkizinə ev sahibliyi edir və alpinizm ölkə üçün mühüm gəlir mənbəyidir. Son iki ildə açıq elan edilən 97 zirvəyə cəmi 68 alpinist qalxsa da, 2024-cü ildə təkcə Everest üçün 421 icazə verilib. Nepal Ali Məhkəməsi isə bu ilin aprelində hökumətə Everest və digər yüksək zirvələrə qalxmaq üçün icazə sayını məhdudlaşdırmağı tapşırıb. Yeni qanun layihəsinə görə, Everestə çıxmaq istəyənlər əvvəlcə ölkədə 7000 metrdən hündür bir zirvəyə qalxmalıdır.

Seçilən
21
turkic.world

1Mənbələr