“Qəbələ”nin futbolçusu Salihu Nasiru milli dəvət alıb.
Offsideplus.az xəbər verir ki, o, Nigeriya U-20 milli komandasının avqustun 18-də başlayacaq təlim-məşq toplanışında iştirak edəcək.
Nigeriya sentyabrın 27-də Çilidə start götürəcək 20 yaşadək futbolçular arasında dünya çempionatının final mərhələsində mübarizə aparacaq.
Qeyd edək ki, 18 yaşlı Nasiru daha öncə Nigeriyanın U-20 millisinin heyətində 4 oyun keçirib.