AZ

"ABŞ heç kimə güzəşt etmir" - Rubio

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə görüşünü Amerika üçün güzəşt və ya Rusiyanın qələbəsi kimi qiymətləndirmir.

"Unikal" xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio WABC telekanalında bildirib.

"İnsanlar başa düşməlidirlər ki, prezident Tramp üçün görüş güzəşt deyil. Bu görüş hər şeyi yoluna qoymaq, qərar verməkdir. Putin və Trampın görüşündə Amerika rəsmiləri “bu işin uğur qazanma şansının olub-olmadığını” öyrənəcəklər”, - Rubio əlavə edib.

Xatırladaq ki, Donald Tramp və Vladimir Putin avqustun 15-də Alyaskada görüşəcəklər. 

Seçilən
63
50
unikal.az

10Mənbələr