“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsində “Şkendiya”nı məğlub etməsi Azərbaycanın UEFA reytinqindəki xallarını artırıb.
Msport.az xəbər verir ki, qələbə sayəsində ölkənin aktivinə 0,250 xal yazılıb.
Azərbaycan 19,250 xalla 28-ci sıradadır. 27-ci pillədə isə 19,600 xalla Ukrayna yer alır.
Siyahıya 94,839 xalla İngiltərə başçılıq edir.