AZ

İran XİN-in Amerika üzrə Departamentinə qadın başçılıq edəcək

Bakı. Trend:

Zəhra Erşadi İran Xarici İşlər Nazirliyinin Şimali və CənubiAmerika üzrə Departamentinin baş direktoru təyin olunub.

Trend-inməlumatına görə, bununla əlaqədar İran xarici işlər naziri SeyidAbbas Araqçi qərar verib.

Zəhra Erşadi bundan öncə İranın Nyu-Yorkdakı daiminümayəndəliyinin rəhbər müavini və səfiri vəzifəsində çalışıb.

İran xarici işlər naziri həmçinin Əlirza Hedayətpuru Xariciİşlər Nazirliyinin İctimai Diplomatiya Mərkəzinin direktor müavinivə Əlirza Miryusifini həmin mərkəzin direktorunun əcnəbi KİV-lərüzrə müavini təyin edib.

Məqalədə:
Seçilən
6
2
az.trend.az

3Mənbələr