Türkiyəli aktrisa Bestemsu Özdemir keçmiş basketbolçu sevgilisi Ersin Görkemlə evlənir.
Redaktor.az Türkiyə mətbuatına xəbər verir ki, cütlük avqustun 25-də Fethiyedə gəmidə nikah masasına əyləşməyə hazırlaşır.
İddialara görə, Bestemsu 4 aylıq hamilədir və cütlüyün oğlu olacaq.
Qeyd edək ki, aktrisa hazırda “İnci taneleri” serialında rol alır.