AZ

Ukrayna bu formada bölünəcək – Dörd mümkün SSENARİ – FOTO

Avqustun 15-də ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında keçiriləcək görüş öncəsi Ukraynada sülhün təmin olunması ilə bağlı müxtəlif proqnozlar önə sürülüb. Bir çox ekspertlər Ukraynanın bölünməsi ehtimalını yüksək qiymətləndirirlər.

Bizim.Media xəbər verir ki, “The Times” Ukraynanın bölünməsi ilə bağlı dörd mümkün ssenarini dərc edib.

Birinci varianta əsasən, sülh razılaşması mövcud cəbhə xətti üzrə əldə olunur. Tərəflər mövcud mövqelərdə qalır, əlavə ərazi dəyişiklikləri baş vermir.


İkinci varianta görə, cəbhə xətti əsas götürülür, lakin Ukraynanın nəzarətində olan Donetsk vilayətinin qalan hissəsi də Rusiyaya verilir.


Üçüncü variantda isə Rusiya hazırda iddia etdiyi dörd vilayətin — Donetsk, Luqansk, Zaporojye və Xersonun — hamısını tam nəzarətə alır.


Dördüncü varianta əsasən, Rusiya Donbası (Donetsk və Luqansk) və bütövlükdə Zaporojye vilayətini alır. Ukrayna isə tam olaraq Xerson vilayətinə nəzarət edir.


Qeyd dək ki, rəsmi Kiyev Rusiyaya torpaq güzəştlərini qəti şəkildə rədd edir.  Ukraynanın xarici işlər naziri Andrey Sıbiqa bildirib ki, Kiyev müharibənin başa çatması müqabilində ərazilərin bir hissəsini Rusiyaya verilməsini nəzərdə tutan ssenariləri nəzərdən keçirmir.

Bizim.Media 

Seçilən
28
1
bizim.media

10Mənbələr