AZ

Avstraliyalı alim Bermud üçbucağının sirrini İZAH ETDİ

"Dünyada məxfiliyi ilə hər kəsin marağına səbəb olan məşhur Bermud üçbucağı əslində heç bir sirr daşımır. Həmin ərazidə baş verən itkinlər dünya okeanının digər bölgələrindən fərqlənmir".
 
Bu barədə avstraliyalı alim Karl Kruşelnitski "Popular Mechanics" nəşrinə danışıb.
 
Onun hesablamalarına görə, Bermud üçbucağında itən gəmilərin və təyyarələrin faizi, ümumi okean statistikasına tam uyğundur.
 
Kruşelnitskiyə görə, bu bölgədə qəzaların çox görünməsinin səbəbi, ərazidəki gəmilərin və təyyarələrin hərəkət intensivliyinin yüksək olmasıdır.
 
Qeyd edək ki, bir sıra alimlər Bermud üçbucağının sirrini orada yaranan nəhəng "sərgərdan dalğalar"la izah edirlər. Bu dalğaların hündürlüyü 20-30 metrə (bəzən isə daha çox) çatır, özü də onlar tamamilə gözlənilməz şəkildə meydana çıxır.
 
Eyni zamanda, bəzi tədqiqatçılar hesab edirlər ki, Bermud üçbucağının qorxunc sirlərinin cavabı dənizdə yox, göylərdə gizlidir. Onlar bunu stratosferdən gələn müəmmalı, aşağıtezlikli səslərlə əlaqələndirirlər. /Oxu.az/
Seçilən
16
1
moderator.az

2Mənbələr