Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Avstraliyanın Melburn şəhərində Maunt-Ueverli rayonunda baş verən amansız qətl ictimaiyyəti şoka salıb. Polis bir evdə iki nəfərin meyitini aşkarlayıb. Təfərrüat isə xüsusilə dəhşətlidir - 50 yaşlarında olan kişinin başı kəsilib və nizəyə taxılaraq, 39 yaşlı qadının cəsədinin yanına qoyulub.
Oxu.Az-ın "Daily Mail"ə istinadla verdiyi məlumata görə, hadisə Adrien-Kresent küçəsində yerləşən evdə baş verib.
Qonşular qışqırıq səsləri eşidərək polisə xəbər veriblər. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları iki meyitlə yanaşı, divarlarda və ətrafda qəribə məzmunlu qraffitilər də aşkarlayıblar.
İlkin araşdırma nəticəsində məlum olub ki, hər iki qurban Maunt-Ueverlidə yaşayırmış, lakin onların bir-birinə hansı münasibətdə olduqları hələlik dəqiqləşdirilməyib. Polis artıq şübhəlini saxlayıb - onun evsiz bir kişi və öldürülənlərlə tanış olduğu bildirilir.
Araşdırmaçılar xüsusilə cinayətin törədilmə alətinə diqqət yetirirlər. İlkin məlumata görə, qətldə odlu silahdan istifadə olunmayıb. Hazırda həm qraffitilərin, həm də cinayətin motivlərinin bir-biri ilə əlaqəsi araşdırılır. Ölənlərin ailə üzvlərinə faciə barədə məlumat verilib. Ölüm səbəblərinin dəqiq müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.