Bakı. Trend:
İngiltərənin "Liverpul" klubu “Parma”nın gənc müdafiəçisiCovanni Leoni ilə 2031-ci ilə qədər müqavilə bağlamaq barədəprinsipial razılıq əldə edib.
Trend-in insayderNikolo Skiraya istinadən verdiyi məlumata görə, “qırmızılar” 18yaşlı futbolçu üçün italiyan klubuna 35 milyon avro təklif etməyiplanlaşdırır.
Müqavilənin şərtlərinə əsasən, Leoni bir mövsüm icarə əsasında“Parma”da qala bilər.
Qeyd edək ki, A Seriyasının ötən mövsümündə Covanni Leoni 17oyun keçirib.