Bakı. Trend:
Almaniya kansleri və Xristian Demokrat İttifaqının (XDİ) lideriFridrix Merts hakim koalisiyanın son siyasi səhvlərinidəyərləndirmək və problemlərin həlli yollarını tapmaq məqsədiləpartiya rəhbərliyini təcili iclasa dəvət edib.
Trend-in “Bild”qəzetinə istinadən xəbərinə görə, görüşə kanslerin sədr müavinləri,o cümlədən Almaniyanın təhsil naziri Karin Prin, Saksoniyanın başnaziri Mixael Kreçmer və XDİ-nin baş katibi Karsten Linnemanqatılacaq.
İclasda əsas müzakirə mövzuları bunlardır:
İsrailə silah ixracının məhdudlaşdırılması ilə bağlı XDİ/XSİdaxilində fikir ayrılığı;
Koalisiya sazişində nəzərdə tutulmuş elektrik enerjisivergisinin endirilməsinin həyata keçirilməməsi;
Federal Konstitusiya Məhkəməsi hakimlərinin seçilməsi ətrafındayaşanan ziddiyyətlər.
“Bild” yazır ki, məqsəd gələcəkdə oxşar siyasi qalmaqallarınqarşısını almaq üçün tədbirlər müəyyənləşdirməkdir.
Bununla belə, Almaniya hökumətinin rəsmi nümayəndəsi ŞtefanKornelius görüşü “fövqəladə iclas” kimi xarakterizə etməyib:
“Kansler mütəmadi olaraq partiya rəhbərliyi ilə görüşür. Bu dahəmin görüşlərdən biridir. Təbii ki, onlar mövcud vəziyyətimüzakirə edirlər.”