AZ

Meteor yağışı gecəni işıqlandırdı - FOTO

BAKI, 13 avqust. TELEQRAF

Bu gecə səmada baş verən meteor yağışı bir çox ölkənin gecəsini gündüzə çevirib.

Teleqraf xəbər verir ki, perseid meteor yağışının parıltısı Türkiyədə də zülmət qaranlığa işıq saçıb.

İnsanlar böyük həvəslə kosmik hadisəni izləyib, meteor axınının izlərini kameraların yaddaşına köçürüblər.

Qeyd edək ki, perseid meteor yağışı bütün dünyada hər il bu vaxtlarda müşahidə edilir.

Perseid meteor yağışı 1862-ci ildə kəşf edilmiş 109P/Svift-Tuttle kometinin qalıqlarından əmələ gəlir. Nüvəsinin diametri 26 km olan bu komet 133 ildən bir Yerin yaxınlığından keçir. Günəş ətrafında illik hərəkəti nəticəsində Yer hər dəfə yay aylarında kometin qalıqlarının yaxınlığından keçir və bu zaman Perseid meteor yağışı baş verir. Radiant (meteorların mənbəyi) Persey bürcündə olduğu üçün meteor yağışı Perseid alandırılır.

Seçilən
21
teleqraf.com

1Mənbələr