AZ

Putin ilə Kim Çen In arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In arasında telefon danışığı baş tutub.Bu barədə Kremlin “Telegram” kanalı məlumat yayıb.

Tərəflər 19 iyun 2024-cü ildə Pxenyanda imzalanmış "Strateji Tərəfdaşlıq" müqaviləsinin çərçivəsində dostluq, qonşuluq və əməkdaşlığın inkişafına sadiqliklərini təsdiqləyiblər.

Putin, Kursk vilayətinin azad edilməsində KXDR-nin dəstəyini və KXDR əsgərlərinin qəhrəmanlığını yüksək qiymətləndirib.

O, həmçinin ABŞ Prezidenti Donald Trump ilə nəzərdə tutulan danışıqlar barədə məlumat verib.

Danışıqların sonunda hər iki lider gələcək şəxsi əlaqələrin davam etdirilməsinə dair razılığa gəliblər.

Seçilən
66
7
anews.az

10Mənbələr