AZ

Fransada həddindən artıq isti hava ilə əlaqədar qırmızı xəbərdarlıq elan edilib

Bakı. Trend:

Fransanın meteoroloji xidmətləri ölkənin cənub-qərbindəhəddindən artıq isti hava şəraiti ilə əlaqədar ən yüksək — qırmızıxəbərdarlıq səviyyəsini elan edib.

Trend-inməlumatına görə, xəbərdarlıq çərşənbə axşamı Jironde və Dordonedaxil olmaqla 14 departamentdə qüvvədədir.

Artıq bir neçə gündür Fransada istilər davam edir. Dünən bəziərazilərdə temperatur rekordu qırılıb. Xüsusilə Sauterneskommunasında hava 42,5 dərəcə Selsi təşkil edib. Əvvəlki rekord1906-cı ilin avqustundakı 41,8 dərəcə idi.

Fransanın nəqliyyat naziri Filipp Tabaro çərşənbə axşamıbildirib ki, istilər səbəbindən bir neçə şəhərlərarası qatar, ocümlədən Bordo və Marsel arasındakı qatarlar ləğv olunub.

Bir sıra bələdiyyələr isə yerli sakinlərin isti ilə mübarizəsinədəstək üçün şəhər üzgüçülük hovuzlarına giriş haqqını azaldıb.

Seçilən
53
az.trend.az

1Mənbələr