İsrailin Baş naziri Benyamin Netanyahu İran xalqına müraciət edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, müvafiq müraciət Netanyahunun sosial şəbəkədəki səhifəsində yerləşdirilib.
Netanyahu iranlıları azadlıq uğrunda mübarizəyə çağırıb.
“Bizim qurucu atamız Teodor Hertslın (Dünya Sionist Təşkilatının yaradıcısı – red.) yəhudi dövləti haqqında dediyi kimi: “İstəsəniz, bu, yuxu deyil”.
İstəsəniz, azad İran xəyal deyil. İndi hərəkət etmək, azadlıq uğrunda mübarizə aparmaq vaxtıdır. Siz tək deyilsinz, mən sizinləyəm. İsrail sizinlədir. İran iranlılar üçündür!”, - İsrailin Baş naziri qeyd edib.