“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.
Publika.az xəbər verir ki, turnurin 3-cü təsnifat mərhələsinin bu gün keçirilən digər bir matçında “Ferensvaroş” (Macarıstan) Budapeştdə Bolqarıstan çempionu “Ludoqorets”i qəbul edib. Meydan sahibləri 3:0 hesabı ilə qələbə qazanıb və “Qarabağ”a rəqib olub.
Qeyd edək ki, bu komandaların ilk matçı 0:0 hesabı ilə başa çatıb.