AZ

Türkiyədə avtobusda başlayan yanğın meşəlik əraziyə yayılıb

Türkiyədə

Türkiyənin İzmir şəhərində avtobusda başlayan yanğın meşəlik əraziyə yayılıb.

Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Qeyd olunub ki, hazırda yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir.

Əraziyə dörd təyyarə, altı helikopter, 17 su maşını və digər texniki vasitələr cəlb olunub.

Duman səbəbindən görüş məsafəsi azalıb. İzmirin Adnan Menderes hava limanına eniş edə bilməyən təyyarələr Muğla Milas-Bodrum aeroportuna yönəldilir.

Avtobusdakı yanğının səbəbi məlum deyil.

Seçilən
16
4
xalqcebhesi.az

5Mənbələr