AZ

Ağ Ev: “Alyaska görüşü Putin istədiyi üçün baş tutur”

Musavat.com xəbər verir ki, Ağ Ev ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında 15 avqustda Alyaskada keçiriləcək görüşün Kreml tərəfindən təklif edildiyini açıqlayıb.

Ağ Evin mətbuat katibi Karoline Leavitt bildirib ki, görüşün təşəbbüskarı şəxsən Vladimir Putindir və Tramp bu təklifi qəbul edib.

İlkin mərhələdə danışıqlara Ukrayna prezidenti Vladimir Zelenskinin də qatılması müzakirə olunsa da, yekunda sammitin yalnız Tramp və Putin arasında ikitərəfli formatda keçiriləcəyi qərara alınıb.

Seçilən
14
sitat.info

1Mənbələr