AZ

Azərbaycan və Ermənistanla imzalanan iqtisadi sazişlər yeni imkanlar açacaq - ABŞ Dövlət Departamenti

Bakı. Trend:

Azərbaycan və Ermənistanın ABŞ ilə imzaladığı ikitərəfliiqtisadi sazişlər Amerika xalqı və biznesləri üçün yeni imkanlaryaradacaq.

Trend-inməlumatına görə, bunu brifinqdə ABŞ Dövlət Departamentinin rəsminümayəndəsi Temmi Bryus bildirib.

“Azərbaycan və Ermənistan liderləri ABŞ ilə Cənubi Qafqazınticarət, tranzit, enerji, infrastruktur və texnologiya sahələrindəəhəmiyyətli potensialını açan, amerikalılar və amerikalı şirkətlərüçün yeni imkanlar yaradan ikitərəfli iqtisadi sazişlərimzalayıblar”, – deyə Bryus vurğulayıb.

O, həmçinin qeyd edib ki, Ermənistanla Azərbaycan arasındaimzalanan sənəd “Prezident Trampın həqiqətən də dünyanın prezidentiolduğunu” təsdiqləyib:
“Prezident Tramp sübut etməyə davam edir ki, bütün dünya xalqlarıuzun müddət davam edən münaqişələrin öhdəsindən gələ bilər və sülh,firavanlıq, uğurun birgə gələcəyinə doğru irəliləyə bilər”.

Xatırladaq ki, avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev,ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol PaşinyanVaşinqtonda birgə bəyanat imzalayıblar.

Həmin gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri“Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındamünasibətlərin yaradılması haqqında Saziş” layihəsini paraflayıb vəATƏT-in Minsk prosesinin bağlanmasına dair birgə müraciətimzalayıblar.

Seçilən
30
4
az.trend.az

5Mənbələr